Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar diqqət mərkəzindədir

Naxçıvan, 7 fevral, AZƏRTAC

Dövlət uşaq siyasəti uğurla həyata keçirilir

Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması və sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar aşkarlanaraq qanunauyğun himayəyə və qəyyumluğa verilir, sosial müdafiələrini gücləndirmək məqsədilə aylıq müavinətlər ödənilir. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021- ci il 20 dekabr tarixli Fərmanına əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ödənilən müavinətlərin məbləği artırılaraq 100 manatdan 120 manatadək, övladlığa uşaq götürənlərə ödənilən aylıq müavinət isə 160 manatdan 200 manatadək artırılıb. Bundan başqa, dövlət, özəl ali və orta ixtisas müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı dövlət tərəfindən ödənilir.

Valideyn himayəsindən məhrum olan uşaqlar yaxın qohumlarına himayəyə və qəyyumluğa verilib

Qeyd edək ki, muxtar respublikada valideyn himayəsindən məhrum uşaqlardan 3-ü lisey, 12-si ali, 46-sı ümumtəhsil, 3-ü isə orta ixtisas təhsil müəssisələrində təhsil alırlar. Hazırda muxtar respublikada 97 nəfər valideyn himayəsindən məhrum uşaq vardır ki, onlarında 40-ı valideyn himayəsindən məhrum olmuş, 33-ü hər iki valideynini itirmiş, 24-ü bir valideyni vəfat etmiş digər valideyni isə I, II qrup əlil uşaqlardır.

Bu gün muxtar respublikada valideyn himayəsindən məhrum olmuş uşaqlar Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində və Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbinə deyil, yaxın qohumlarına (əmi, dayı, bibi, xala, baba, nənə) və digər yaxın qohumluq əlaqəsi olan şəxslərə himayəyə və qəyyumluğa verilib. Bu da muxtar respublikada uşaq hüquqlarının, qohumluq əlaqələrinin və ailə dəyərlərinin yüksək səviyyədə qorunduğunun bariz nümunəsidir.

Xüsusi kateqoriyadan olan uşaqlar məktəbli forması və dərs ləvazimatları və qış geyimləri ilə təmin olunurlar

Hər il olduğu kimi 2021-ci ildə də xüsusi kateqoriyadan olan uşaqların məktəbli forması və dərs ləvazimatları, həmçinin qış geyimləri ilə təmin olunması həyata keçirilib. Belə ki, 15 Sentyabr- Bilik Günü ilə əlaqədar aralarında muxtar respublikada yaşayan 20-si tək valideynli, 3-ü valideyn himayəsindən məhrum olmuş uşaq olmaqla, ümumilikdə, 118 uşağa məktəbli forması və dərs ləvazimatları, 19-u təkvalideynli olmaqla, ümumilikdə, 87 xüsusi qayğıya ehtiyacı olan uşağa isə qış geyimi verilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2021-ci il ərzində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə onların tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil edilib, uşaqlara teatr tamaşaları, film nümayiş olunub, yay tətili günlərində Ağbulaq İstirahət Mərkəzində digər xüsusi kateqoriyadan olan uşaqlar daxil olmaqla, 38 nəfər hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və tək valideynli uşaqların da iştirakı ilə, ümumilikdə, 49 uşaq “Yay məktəbi”nə cəlb olunub.

Hədiyyələr uşaqlara sevinc bəxş edir

Ötən il iyunun1-də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət qurumlarının təşkilatçılığı ilə Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar keçirilən tədbirdə 41 hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşağa hədiyyələr təqdim olunub. Həmin təhsil müəssisəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar keçirilən tədbirdə aralarında təkvalideynli uşaqlarında olduğu 42 uşağa hədiyyələr təqdim edilib. Ağbulaq İstirahət Mərkəzində hər iki valideyni vəfat etmiş, valideyn himayəsindən məhrum Səmrah Məmmədovun doğum günü ilə bağlı tədbir keçirilib və ona təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub. Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar keçirilən tədbirlərdə 41 hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşağa hədiyyələr təqdim olunub.

Monitorinqlər davam etdirilir

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların hüquqlarının qorunması məqsədilə yaşadıqları evlərdə mütəmadi olaraq monitorinqlər təşkil olunur, onların yaşayış şəraitləri araşdırılır, problemlərinin həlli istiqamətində konkret işlər görülür. 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu, həmçinin muxtar respublikanın şəhər və rayonlarının icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən müvafiq komissiyaların üzvləri tərəfindən Naxçıvan şəhəri, Şərur, Ordubad, Culfa rayonları üzrə 16 hər iki valideynini itirmiş, 8 valideyn himayəsindən məhrum uşaq olmaqla, 24 uşağın yaşadığı evdə monitorinq keçirilib. Monitorinq zamanı uşaqların təlim-tərbiyələri, yaşayış və sosial şəraitləri, sağlamlıqları və uşaq hüquqlarını əhatə edən digər sahələr yoxlanılıb, qəyyum və himayədarlar, eləcə də uşaqlarla söhbətlər aparılıb, aşkar olunan problemlər həll olunaraq aradan qaldırılıb.

Müvafiq kateqoriyadan olan uşaqlarla bağlı məlumat bazası yaradılıb

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq kateqoriyadan olan uşaqlarla bağlı məlumat bazası yaradılıb. 2021-ci il ərzində Naxçıvan şəhəri üzrə 7, Şərur rayonu üzrə 6, Babək rayonu üzrə 2, Ordubad rayonu üzrə 1 uşaq olmaqla, qəyyumluq və himayəyə verilmiş valideyn himayəsindən məhrum 16 uşağın qeydiyyatı komitənin müvafiq kitabında aparılıb.

Sevindirici haldır ki, bu gün muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində və M.Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində bir nəfər də olsun valideyn himayəsindən məhrum uşaq yoxdur və ya təhsil almır.

Tam əminliklə demək olar ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların hər biri yaxın qohumlarının qəyyumluq və himayəsində yaşayır, sağlam böyüyür, milli dəyərlər əsasında tərbiyə olunur, intellektual səviyyələri inkişaf edir və ən əsası da ali və orta ixtisas müəssisələrində təhsil alaraq layiqli vətəndaş kimi yetişirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazanıb

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir? REPORTAJ VİDEO

İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib

Qabiliyyət imtahanları davam edir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Balmoral qəsri bu gün ictimaiyyətə açılıb

Türkiyədəki Göbekli-Tepe məbəd kompleksini 2,8 milyon turist ziyarət edib

® Xəzərin Bilgəh sahili “Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə tullantılardan təmizlənib

® “Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu

Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

Dövlət qulluğu vəzifələri üzrə imtahanın nəticələri açıqlanıb: 408 nəfər müsabiqə şərtini ödəyib

Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə keçiblər

Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq

Güclü küləklə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatı