Naftalan şəhərində silah-sursat tapılıb
Bakı, 2 fevral, AZƏRTAC
Naftalan şəhərində silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə şəhər polis şöbəsinə silah-sursatın tapılması barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı “Muxa” markalı RPQ-18 qumbaraatanı, 60 millimetrlik minaatan mərmisi, bir “F-1”, üç “RQN” əl qumbaraları, müxtəlif kalibrli 74 avtomat patronu, müxtəlif silahlara məxsus üç avtomat darağı aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat aparılır.