Naftalanda Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub
Naftalan, 16 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Naftalan şəhərində Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi, Naftalan Şəhər İcra Hakimiyyətinin və Həmkarlar İttifaqı Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şirinov Kamil Şirin oğlu və İsayev İsa Əlif oğluna Prezident İlham Əliyevin Sərəncamına əsasən təltif olunduqları “Laçının azad olunmasına görə” medalları təqdim edilib.
Həmçinin Komitənin üzvü olan Vətən müharibəsi iştirakçıları 8 Noyabr - Zəfər Günü münasibətilə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.