İDMAN
Nağı Səfərov: Boksçularımızın “Minsk 2019”da uğur qazanmaları üçün əlimizdən gələni edəcəyik
Bakı, 11 iyun, Leyla Qurbanova, AZƏRTAC
Boksçularımız Belarusun paytaxtı Minskdə təşkil olunacaq ikinci Avropa Oyunlarına hazırlıq prosesinin sonuncu mərhələsini keçmək üçün Özbəkistana yola düşüblər. Əsas məqsəd onları bu nüfuzlu yarışa hərtərəfli hazırlamaqdır.
Bu sözləri Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Boksçularımızın bu il bir sıra yarışlarda uğurla çıxış etdiklərini vurğulayan baş katib bildirib: “Boks yığmamız Özbəkistanda Qazaxıstan, Tacikistan və yerli komanda ilə birgə məşqləri iyunun 16-dək davam etdirəcək. Yığmamız iyunun 16-dək təlim-məşqlərdə olacaq. İyunun 18-də isə komanda oyunlarda iştirak etmək üçün Minskə yola düşəcək. Boksçularımızın ölkəmizi ikinci Avropa Oyunlarında yüksək səviyyədə təmsil etməsi üçün əlimizdən gələni edəcəyik”.