Naməlum şəxs Çikaqoda evsiz insanların şaxtalar sovuşana qədər mehmanxanada qalması haqqını ödəyib
Vaşinqton, 1 fevral, AZƏRTAC
Çikaqonun hakimiyyət orqanlarının verdiyi məlumata görə, bu şəhərin bir sakini Çikaqoda evsiz insanların şaxtalar sovuşana qədər mehmanxanada qalması haqqını ödəyib.
AZƏRTAC xəbər verir ki, cümə axşamı Çikaqoda havanın hərarəti mənfi 32 dərəcəyə düşüb. Evsizlər üçün düşərgədə “Nicat ordusu” tərəfindən qurulmuş çadırlardan birində insanların qızınması üçün istifadə edilən qaz balonu partlayıb. Yanğın söndürüləndən sonra şəhərin yanğınsöndürmə xidməti həmin düşərgənin bağlanmasını tələb edib, çünki düşərgədə qaz balonları olması arzuedilməz nəticələrə gətirib çıxara bilər.
“Nicat ordusu” düşərgəsinin təşkilatçıları evsizləri harada yerləşdirməyi götür-qoy edincə bir xeyirxah naməlum şəxs şaxtalı günlərin sonuna kimi 70 nəfər evsiz insanın mehmanxanada qalması haqqını ödəməyi təklif edib. Evsizlər dərhal Çikaqonun cənubundakı mehmanxanada yerləşdiriliblər. Bu xeyirxahlığı etmiş şəxs Çikaqonun hakimiyyət orqanlarından onun adını çəkməməyi xahiş edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]