CƏMİYYƏT
NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 2002-ci ilin üç ayı ərzində respublikanın ərazisində narkotiklərlə bağlı 632 cinayət faktı qeydə alınmışdır.
Həmin müddətdə ayrı-ayrı şəxslərdən 22 kiloqram 852,41 qram narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, o cümlədən 1 kiloqram 112,06 qram heroin, 2 kiloqram 266 qram tiryək, 1 kiloqram 857 qram həşiş, 17 kiloqram 613 qram marixuana, 4,35 qram sirkə anhidridi götürülmüşdür.
Bu növ cinayətlər törətdiklərinə görə 9 nəfər xarici vətəndaş yaxalanaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Onlardan 518 qram müxtəlif narkotik vasitələr götürülmüşdür. Yaxalanmış əcnəbilərin 5-i İran, 2-si Gürcüstan, 1-i Rusiya və 1 nəfəri Əlcəzair vətəndaşıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
“Lokomotiv və vaqonlar” hazırdır
- [11:11]
İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib
- 02.07.2024 [23:38]