Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsdən 1 kiloqramdan çox heroin aşkarlanaraq götürülüb
Bakı, 13 mart, AZƏRTAC
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Z.Atakişiyev Yasamal rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 49 qramdan artıq heroin, 40 qrama yaxın metamfetamin, 8 ədəd metadon həbi aşkarlanıb.
Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 310 qram heroin, 305 qram metamfetamin, 200 ədəd metadon həbi və 4 ədəd elektron tərəzi götürülüb.