NATO Baltik dənizində hərbi təlimə start verib
Berlin, 18 fevral, AZƏRTAC
NATO Baltik dənizinin Almaniyanın Şlezviq-Holştayn əyalətindəki sahilində ilin ən böyük hərbi təliminə başlayıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, “Steadfast Dart 26” amfibiya desant əməliyyatı çərçivəsində Alyansın Müttəfiq Reaksiya Qüvvələrinin bir hissəsi Fehmarn adası yaxınlığında sahilə çıxarılıb. Amfibiya desant əməliyyatına 15 gəmi və 2600 hərbçi cəlb olunub.
Almaniyanın müdafiə naziri Boris Pistorius da təlimin gedişini müşahidə edib.
“Steadfast Dart 26” əməliyyatında ümumilikdə 13 ölkədən təxminən 10 min hərbçi, 1500-dən çox texnika və 17 gəmi iştirak edir. Ən böyük kontingentlər Türkiyə, İspaniya, İtaliya və Yunanıstandan qoşulub.
Məqsəd Avropanın cənub ölkələrinin qoşunlarının NATO-nun şərq cinahına doğru sürətlə yerləşdirilməsini məşq etdirməkdir. Təlimin diqqətçəkən xüsusiyyəti Amerika Birləşmiş Ştatlarının birbaşa iştirakı olmadan keçirilməsidir.
NATO-nun Müttəfiq Reaksiya Qüvvələri fövqəladə vəziyyət zamanı, məsələn, NATO-ya xaricdən hücum olarsa və ya humanitar fəlakət baş verərsə, on gün ərzində 40 min hərbçini əməliyyata cəlb etməyi hədəfləyir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]