NATO BAŞ KATİBİNİN MÜAVİNİ ALYANS ÜZVÜ OLAN ÖLKƏLƏRİN AZƏRBAYCANDAKI SƏFİRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Gənclərinin Avroatlantika Təskilatının təşəbbüsü ilə keçirilən mərasimi təşkilatın sədri Ziya Qazıyev açaraq, iyunun 14-dən 19-dək Bakıda NATO-nun “Dəyişən dünyada dəyişən NATO” mövzusunda “Yay məktəbi”nin təşkilindən danışmışdır. Bu məktəbdə 50 nəfər yerli və əcnəbi dinləyici - müxtəlif universitetlərin tələbələri, dövlət qurumlarının nümayəndələri, AMEA-nın gənc alimləri iştirak edəcəklər. Məqsəd gənclərin alyansla bağlı biliklərini artırmaqdır. Məktəbdə NATO-nun İstambul sammiti ərəfəsində vəziyyət və sonrakı perspektivlər, Transatlantik münasibətlər, qurumun Şərqə doğru genişlənməsi, Cənubi Qafqazda sülh və sair məsələlər müzakirə olunacaqdır.
Jan Furne NATO-ya üzv ölkələrin Bakıdakı səfirlərini salamladıqdan sonar bildirmişdir ki, Azərbaycanda iki il əvvəl olmuşam. Bu ölkəyə təkrar gəlişimdən məmnunam. İyunun 14-də NATO-nun “Yay məktəbi” öz işinə başlayacaqdır. Məktəbin dinləyiciləri yerli və NATO ekspertləri ilə müzakirələr aparmaq, alyansın üzvü olan dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüşmək imkanı əldə edəcəklər. Mənimlə birlikdə təşkilatımızın elm komitəsinin üzvləri də Azərbaycana gəlmişlər.
Türkiyənin ölkəmizdəki səfiri, NATO ilə Azərbaycan arasında əlaqələndirici Əhməd Ünal Çeviköz, BMT-nin Cenevrədəki ofisi yanında Azərbaycanın nümayəndəsi Elçin Əmirbəyov görüşdə çıxış etmişlər.
İyunun 14-də “Avropa” otelində NATO həftəsinin rəsmi açılışı olacaqdır.