DÜNYA
NATO-nun Baş katibi İtaliyaya səfər edib
Roma, 6 noyabr, AZƏRTAC
NATO-nun Baş katibi Mark Rutte İtaliyada səfərdə olub.
AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Romada Baş nazir Ciorcia Meloni ilə Mark Ruttenin görüşündə qlobal miqyasda qeyri-sabitlik sahələri qarşısında ümumi təhlükəsizliyin əsas sütunu kimi Alyansın rolu, eləcə də təhlükəsizliyin və sabitliyin qorunması istiqamətində İtaliyanın Avroatlantik müdafiəyə aparıcı töhfəsi müzakirə olunub.
Görüşdə həmçinin, Ukraynanın müdafiəsinə dəstək, NATO-nun Avropa sütununun daha innovativ və rəqabətədavamlı müdafiə sənayesi ilə gücləndirilməsi, eləcə də alyansın yeni təhlükəsizlik çağırışlarına uyğunlaşmasına dair müzakirələr aparılıb.
Baş katib Romaya səfəri çərçivəsində İtaliya Prezidenti Sercio Mattarella ilə də görüşüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma