Naxçıvan Dövlət Kukla Teatrının “Elçilik” tamaşası Ərzurumda təqdim olunub
Naxçıvan, 13 may, AZƏRTAC
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Türkiyənin Ərzurum şəhərində “Elçilik” tamaşasını təqdim edib.
Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tamaşanı Ərzurum valisi Aydın Baruş, eləcə də şəhərin mədəniyyət və incəsənət nümayəndələri izləyiblər.
Təqdimatdan sonra çıxış edən Aydın Baruş tamaşanın yüksək peşəkarlıqla hazırlandığını qeyd edib. O, Azərbaycan və Türkiyə arasında mövcud qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində də uğurla davam etdirildiyini vurğulayıb.
Teatrın direktoru Səyyad Məmmədov iki qardaş ölkə arasında mədəni əlaqələrin əhəmiyyətindən danışaraq bu cür layihələrin qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib.
Sonda Səyyad Məmmədov tərəfindən Aydın Baruşa xatirə hədiyyəsi təqdim olunub.
Müxbir- Nail Əsgərov