Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında ailə dəyərləri qorunur

Naxçıvan Muxtar Respublikasında ailə dəyərləri qorunur

Naxçıvan, 15 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul edib. Həmin tarixdən etibarən 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

Muxtar respublikada 97 min 793 ailə yaşayır

Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Əhalinin rifah halının yaxşılaşdırılması, ailələrin məşğulluqlarının təmin olunması, sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlər görülür. Həmçinin muxtar respublikada ailələrin sosial rifah halının gücləndirilməsinin nəticəsidir ki, ildən-ilə muxtar respublikada ailələrin sayı artır. Hazırda Naxçıvan Muxtar Respublikasında 97 min 793 ailə yaşayır.

Muxtar respublikada ailələrin sağlamlıqlarının qorunması qarşıda duran əsas vəzifələrdəndir. Qadınların sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunub. Həmçinin icbari tibbi sığortanın tətbiqi ailələrimizə, uşaqlarımıza müvafiq sahədə göstərilən diqqətin bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması da bu sahədə atılan mühüm addımlardan biridir.

Gənc və aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılır

Muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri çərçivəsində ailələrin, o cümlədən gənc və aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir, yeni yaşayış binaları tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilir, sosial məsələlərin həlli ilə bağlı əhəmiyyətli addımlar atılır. Həyata keçirilən sosial siyasətin mühüm bir istiqaməti də mənzillərin ipoteka yolu ilə gənc ailələrə verilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli Fərmanı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzil sahibi olmasına şərait yaradıb. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin Əziz Əliyev prospektində 2 yaşayış kompleksi istifadəyə verilib, Kazım Talıblı küçəsində isə yeni yaşayış kompleksi inşa olunmaqdadır. Hazırda muxtar respublikanın şəhər və rayonlarında yeni yaşayış binaları da inşa edilir ki, bu binalarda da gənc ailələr ipoteka kreditləri ilə mənzil sahibi ola biləcəklər. 1995-ci ildən bu günədək sosial qayğıya ehtiyacı olan ailələr üçün 536 ev tikilib və ya yenidən qurulub.

Özünüməşğulluq təmin edilir

Ailələrin rifahının təmin olunmasında məşğulluğun da rolu danılmazdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailələrin, o cümlədən aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi üçün müxtəlif sosial layihələr həyata keçirilir. Dövlət proqramına uyğun olaraq ailələrə müxtəlif növdə aktivlər verilir ki, bu da muxtar respublikada ailə təsərrüfatlarının yaranmasına geniş imkanlar açır. Uzun müddət ünvanlı dövlət sosial yardımı alan, fərdi təsərrüfatlarını qurmaq istəyən ailələrə köməklik göstərilməsi məqsədilə iribuynuzlu və xırdabuynuzlu mal-qara, həmçinin ailə üzvlərinin peşələrinə uyğun avadanlıqlar verilir.

Naxçıvanda ailə təsərrüfatlarının yaradılması dövlət tərəfindən dəstəklənir

Ötən dövr ərzində ailə təsərrüfatlarının yaradılmasına dövlət tərəfindən göstərilən qayğının nəticəsidir ki, 2020-ci il yanvarın 1-nə görə, muxtar respublikada 940 ailə təsərrüfatı fəaliyyət göstərir. Həmçinin 391 ailə özünüməşğulluq proqramına cəlb olunub. Eyni zamanda, muxtar respublikada gənc qızların, o cümlədən sağlamlıq imkanları məhdud qadınların xüsusi peşələrə yiyələnməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün xalçaçılıq, keçəçilik, dərzilik, ağac üzərində oyma kimi peşə kurslarının təşkil olunması onların özünüməşğulluğuna şərait yaradır, sosial vəziyyətlərinin yaxşılaşmasına dəstək verir.

BMT-nin İnkişaf Proqramının “Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətləndirilməsi” layihəsi reallaşdırılıb. Həmin layihə çərçivəsində öz biznes planı ilə fərqlənən 63 qadına, ümumilikdə, 43 min 700 manat məbləğində sərmayə kapitalı verilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq muxtar respublikanın rayon və kənd mərkəzlərində müvafiq mövzularda maarifləndirici tədbirlər həyata keçirilir, tədbir iştirakçılarına mövzu ilə əlaqədar maarifləndirici broşürlər paylanılır, eyni zamanda, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ailə dəyərlərinin təbliği ilə bağlı çıxışlar edilir.

Aztəminatlı ailələrə xüsusi diqqət və qayğı ilə yanaşılması
muxtar respublikada ailə siyasətinin əsasını təşkil edir

Aztəminatlı ailələrə xüsusi diqqət və qayğı ilə yanaşılması muxtar respublikada ailə siyasətinin əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti dövlət orqanlarının nümayəndələri muxtar respublikada yaşayan aztəminatlı ailələrə mütəmadi baş çəkir, onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür, ailə üzvlərinə tibbi xidmət göstərilir, onların zəruri ehtiyacları ödənilir. Həmçinin aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər görülür, onlara sosial müavinətlər ödənilir. Görülən işlərin nəticəsində ötən illə müqayisədə aztəminatlı ailələrin sayında 44 faizədək azalma müşahidə olunub. Qeyd olunanlarla yanaşı, muxtar respublikada ailə dəyərlərimizin gənclərə təbliği məqsədilə yazı, dekorativ-tətbiqi sənət, yaradıcılıq və rəsm müsabiqələri keçirilir.

Görülən işlər, həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, muxtar respublikada qeyd olunan vəzifələrin icrası, milli dəyərlərimizin əsas hissəsi olan ailə dəyərlərinin qorunub yaşadılması istiqamətində bundan sonra da ardıcıl tədbirlər görüləcəkdir.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır