Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb
Naxçıvan, 13 aprel, AZƏRTAC
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə komanda-qərargah təlimi başlayıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılaraq ərazidə maskalanma, mühafizə və mühəndis təminatı üzrə tədbirləri yerinə yetirir.
Düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin fəaliyyətləri məşq etdirilir.
İdarəetmənin təşkili üçün ərazidə dayaq və mobil radioqovşaqlar açılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:43]
Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb
- 13.10.2026 [11:06]
Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb
- 13.10.2026 [10:17]
Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular
- 12.10.2026 [20:44]