Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhərində ötən il ümumi məhsul buraxılışı 9,9 faiz artıb

Naxçıvan, 12 yanvar, AZƏRTAC

Yanvarın 12-də “2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatları, şəhər rəhbərliyi, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə icra hakimiyyəti binasının foyesində təşkil olunmuş 2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı sərgi ilə tanışlıq olub.

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev qeyd edib ki, ötən il Naxçıvan şəhərində ümumi məhsul buraxılışı 2024-cü illə müqayisədə 9,9 faiz artaraq 690 milyon 428 min 700 manat dəyərində olub. Əsas kapitala yönəldilmiş vəsait isə 41,7 faiz artaraq 228 milyon 271 min 300 manat, ondan tikinti-quraşdırma işlərinə qoyulan vəsait 14,7 faiz artımla 149 milyon 443 min 400 manat təşkil edib. 2025-ci ildə sənaye məhsulu 14,3 faiz artımla 240 milyon 250 min 700 manat olub. Qeyd olunan dövrdə rabitə və informasiya xidmətləri 4,3 faiz, pərakəndə ticarət dövriyyəsi 4,1 faiz, ictimai iaşə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,3 faiz artıb.

İcra hakimiyyətinin başçısı, həmçinin diqqətə çatdırıb ki, ötən il 14 ədəd yaradılan və 4 ədəd fəaliyyətinin genişləndirilməsi başa çatan istehsal və xidmət sahəsi olub. 14 ədəd yaradılması və 6 ədəd fəaliyyətinin genişləndirilməsi davam etdirilən istehsal və xidmət sahəsi olub. Həmçinin yanvar -sentyabr aylarında Naxçıvan şəhərində ümumilikdə 589 yeni iş yeri açılıb. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 886,2 manat təşkil edib.

Cabbar Musayev sənaye sektoru, kənd təsərrüfatı, turizm və digər sahələrdə görülmüş işlər barədə də geniş məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib.

Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Məmmədnağı Əkbərov Naxçıvan şəhərinin yerli büdcəsinin 2025-ci il üzrə icra nəticələri və 2026-cı il üçün gəlir və xərcləri barədə məlumat verib. Bildirib ki, 2025-ci il ərzində Naxçıvan şəhər yerli büdcəsinin gəlirləri 50 milyon manat plana qarşı 63 milyon 149 min 640 manat, yəni 126,3 faiz icra olunub. Bunun müqabilində büdcəyə 13 milyon 149 min 640 manat nəzərdə tutulandan artıq vəsait daxil olub. Yerli büdcəsinin xərcləri isə 2025-ci il üzrə təsdiq olunmuş 18 milyon 386 min 500 manata qarşı ötən il ərzində 14 milyon 479 min 670 manat təşkil edib. Nəticədə yerli büdcənin xərc istiqaməti 78,75 faiz icra edilib. 2026-cı ildə isə Naxçıvan şəhər yerli büdcəsinin gəlirləri 62 milyon manat, yerli xərcləri 17 milyon 499 min 500 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi isə 44 milyon 500 min 500 manat olaraq təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək bildirib ki, ötən il şanlı Qələbəmizin 5-ci, Konstitusiyamızın 30-cu ildönümündə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi ilə yanaşı, Azərbaycan tarixində başqa bir parlaq tarix kimi - 8 avqust möhtərəm Prezidentin qətiyyətli iradəsi nəticəsində 30 illik Qarabağ münaqişəsinə son qoyulması, Cənubi Qafqaza sülhün gəlməsi və növbəti tarixi ədalətsizliyə Prezidentin imzası ilə sonuncu nöqtənin qoyulduğu tarix kimi yazıldı. Bu tarixi əlamətdar hadisə muxtar respublikanın taleyində əbədi iz qoydu, eləcə də region xalqlarının həyatında mühüm dönüş məqamına çevrildi. Ümummilli Liderin formalaşdırdığı dövlətçilik və sosial-iqtisadi siyasət yanaşmaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarəçilik fəlsəfəsinin əsasını təşkil edir, qəbul olunan bütün strateji qərarlarda və islahat zərflərində öz əksini tapır. Prezidentin həyata keçirdiyi dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır və həyata keçirilən islahatlar, proqramlar və tədbirlər məhz əhalinin rifahının yüksəldilməsinə, sosial ədalətin təmin olunmasına və ictimai iştirakçılığın genişləndirilməsinə xidmət edir. Prezidentin ötən ilin 12 noyabr tarixində mətbuat önündə keçirdiyi qəbulda, eləcə də cari ilin 5 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan vətəndaşının firavan həyatı dövlətin ən əsas strateji məqsədidir.

Ceyhun Cəlilov diqqətə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dayanıqlı inkişafın təmin olunması, məşğulluq imkanlarının artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və ətraf mühitin mühafizəsinin təmin olunması nəzərdə tutulub. Qeyd olunan məqsədlərə nail olmaq üçün, cari ilin əvvəlindən etibarən 10 il müddətində qüvvədə olmaqla muxtar respublikanın müvafiq sahibkarlarına vergi və gömrük rüsumundan azadolma və sosial-sığorta ödənişlərinin isə subsidiyalaşmasına başlanıb. Naxçıvan Sənaye Parkının yaradılması, yeni İES-in qurulması, paylayıcı-elektrik şəbəkəsinin yenidən qurulması, Naxçıvan şəhərində ictimai nəqliyyatın yaxşılaşdırılması kimi sosial-iqtisadi, Möminə xatın türbəsinin bərpası, Memar Əcəminin abidəsinin ucaldılmasına dair mədəni tədbirlərin görülməsinə dair müvafiq sərəncamlar Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına, eləcə də mədəni irsin qorunmasına qayğısını ifadə edir.

Səlahiyyətli nümayəndə qeyd edib ki, növbəti dövrdə muxtar respublikanın, eləcə də Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının əsas prioritetləri Prezidentin müəyyən etdiyi istiqamətlər üzrə - vətəndaş məmnunluğunun artırılması məqsədilə əhaliyə göstərilən dövlət xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və iqtisadi fəallığın artırılması məqsədilə sahibkarlara daha əlverişli şəraitin yaradılması, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində regionların simasının müasirləşdirilməsi məqsədilə, eləcə də sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün abadlıq və quruculuq işlərinin, yol infrastrukturunun yenilənməsi layihələrinin davam etdirilməsi, şəhərlərin Baş planlarının hazırlanması işlərinin icra edilməsi, eləcə də möhtərəm cənab Prezidentin memarı olduğu, qlobal müstəvidə diqqət mərkəzində olan Zəngəzur dəhlizinin muxtar respublika hissəsinə aid infrastruktur quruculuğu işlərinin təşkilində yaxından iştirak etmək və müvafiq icra işlərinin təşkilini təmin etməkdən ibarətdir.

Sonda 2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi və mədəni inkişafı, ətraf mühitin qorunması sahəsində görülmüş işlərlə bağlı videoçarx izlənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb