Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Naxçıvan, 2 noyabr, AZƏRTAC

Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olub, ailə təsərrüfatlarının biznes planları tərtib olunub, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilib. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması isə bu sahəyə marağı daha da artırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülən işlərin davamı olaraq noyabrın 2-də “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib.

Festivalın açılışından sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov çıxış edərək muxtar respublikada ailə təsərrüfatlarının inkişafı üçün görülən işlərdən danışıb, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Məlumat verilib ki, festivalda Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından, eləcə də Naxçıvan şəhərindən, ümumilikdə, 408 ailə təsərrüfatı tərəfindən 556 növdə qablaşdırılmış məhsul çıxarılıb. Naxçıvan qovurması, xaması, qaymağı, müxtəlif növ mürəbbə və şirniyyatları, pendiri, qatığı, alanası, miyanpuru, sucuğu, cəvizi, badamı, qovudu, müxtəlif çeşidli meyvə şirələri, sirkələri, şərabları və araqları, ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, milli mətbəximizə aid çörək çeşidləri və digər məhsullar festival iştirakçılarına təqdim edilirdi.

Muxtar respublikanın ərazisi yabanı tərəvəz və dərman bitkiləri ilə zəngindir. Tarixən həmin sərvətlərdən məişətdə və xalq təbabətində geniş istifadə olunub. Bu gün də kəndlərdə yabanı tərəvəz və dərman bitkilərinin istehsalı sahəsində ixtisaslaşmış ailə təsərrüfatları vardır. Festivalda bu sahə ilə məşğul olan ailə təsərrüfatlarının dərman bitkilərindən hazırladıqları məhsullar da yer alırdı.

Ali Məclisin Sədri festivalda Gənclər Fondunun hazırladığı “Ailəmdən alıcıya” stendinə baxıb. Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev məlumat verib ki, gənclər öz ideyaları əsasında ailə təsərrüfatlarında hazırlanmış məhsulların qablaşdırılmasına və təqdimatına köməklik göstərir, məhsulların satışı həyata keçirilir. Fondun “Mənim ikinci peşəm” layihəsi çərçivəsində isə gənclərin hazırladıqları əl işlərindən ibarət sərgi-satış təşkil olunub və alıcı istəyinə uyğun olaraq məhsullar hədiyyəlik paketlənib. Gənclərin hazırladıqları “Kənddən al” mobil tətbiqetməsinin məqsədi isə muxtar respublikada fəaliyyət göstərən aktiv ailə təsərrüfatçılarının fəaliyyətinə dəstək vermək, məhsulların daha rahat üsulla alıcıya çatdırılması və satıcı-alıcı münasibətlərinin operativləşdirilməsidir. Tətbiqetmə 3 əsas bölmədən ibarətdir. Birinci bölmədə muxtar respublikada fəaliyyət göstərən 73 aktiv ailə təsərrüfatçısının məhsulları, ikinci bölmədə “Özünüməşğulluq” proqramı çərçivəsində ailələrin hazırladıqları məhsullar, üçüncü bölmədə isə istedadlı gənc və qadınların əl işlərindən ibarət məhsullar yerləşdirilib.

Zəngin təbiəti, təmiz havası və suyu, ekoloji saf məhsulları Naxçıvanda meyvəqurutma sahəsində ailə təsərrüfatlarının formalaşmasına əlverişli şərait yaradır. Yerli meyvələrin qurudulması, onlardan müxtəlif mürəbbə və şirələrin hazırlanması ənənəsi bu gün də yaşadılır. Festivalda ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları, eləcə də meyvə şirələri də keyfiyyəti ilə alıcıları cəlb edirdi.

Naxçıvanda heyvandarlıq və maldarlığın inkişafı ət və süd məhsulları istehsalının geniş yayılmasına səbəb olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ailə təsərrüfatlarında istehsal olunan bu məhsulların həcmini və keyfiyyətini artırıb. Festivalda ailə təsərrüfatlarında istehsal edilən müxtəlif ət və ət məhsulları, qaymaq, xama, qatıq, şor, qurut və digər ənənəvi süd məhsulları keyfiyyəti ilə seçilirdi.

Dövlət proqramlarının qəbul olunması muxtar respublikada meyvəçiliyin və üzümçülüyün inkişafına geniş imkanlar açıb. Bu sahə üzrə ixtisaslaşan ailə təsərrüfatları artıq meyvə ilə yanaşı, tut, alma, armud, göycə, alça, şaftalı araqları, müxtəlif növ şərablar, sirkələr və doşablar da istehsal edir. Festivalda bu məhsullara böyük tələbat var idi.

Bu gün muxtar respublikada istehsal olunan keyfiyyətli məhsullar, eləcə də Naxçıvan mətbəxinin nümunələri ölkəmizdə və dünyada brend məhsul kimi qəbul olunur. Xüsusilə ailə təsərrüfatlarında fəsillərə uyğun mətbəx nümunələrimizin hazırlanaraq qablaşdırılması və satışa çıxarılması böyük maraq doğurur. Festival iştirakçılarına kiçik həcmli taralarda qablaşdırılmış “Naxçıvan qovurması” təqdim edilib.

Naxçıvan şəhər sakini Zakirə İsmayılova minnətdarlıq edərək deyib: “Festivallar Naxçıvan şəhər sakinlərinin böyük razılığı ilə qarşılanır. Muxtar respublikamızda istehsal olunan təbii məhsulları rahat şəkildə ala bilirik. Şəhərimiz böyüyür, inkişaf edir, hər gün daha da abadlaşır. Mənzillərimizdə daimi elektrik, qaz, su və istilik vardır. Görülən işlər, yaradılan şərait insanlar üçündür. Dövlətimizlə fəxr edirik”.

Festivalda iştirak edən Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Günay Muradlı deyib: “Naxçıvan kimi strateji yerdə belə əmin-amanlığa, firavanlığa və inkişafa nail olmaq böyük zəhmət tələb edir. Adət-ənənələrə sadiqlik, dəyərlərimizin yaşadılması, festivalların keçirilməsi və ailə təsərrüfatlarına qayğı nümunə gücündədir. Mən media nümayəndəsi olaraq bütün bunlardan qürur duyuram. Müasir və daim inkişaf edən Naxçıvanın tanıdılması və təbliğində səylərimi əsirgəməyəcəyəm”.

Ali Məclisin Sədri ailə təsərrüfatlarının sahibləri ilə söhbət edib, məhsullardan alıb.

Ailə təsərrüfatı sahiblərindən Şəfəq Əliyeva, “Əmək” ordenli Faiq Babayev, həmçinin Müqabil Zamanov, Bəhruz İsmayılov, Çiçək Bayramova, Xəlil Fərəcov, Leyla Qasımova, Qəzənfər Qurbanov və Tofiq Abutalıbov göstərilən qayğı nəticəsində ailə təsərrüfatlarının xeyli genişləndiyini bildirib, yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Şahbuz rayonunun Ayrınc kəndindən olan ailə təsərrüfatı sahibi, “Tərəqqi” medallı Sürəyyə Quliyeva deyib: “Geniş təsərrüfatım var. Taxılçılıqla məşğulam. Bununla yanaşı, bostan-tərəvəz məhsulları da əkirəm. Meyvə və üzüm bağlarımız var. Göstərilən qayğının nəticəsidir ki, təsərrüfatımız bütün kənd təsərrüfatı texnikaları ilə təmin olunub. Ötən il Ali Məclis Sədrinin qayğısı ilə kombayn almışıq. Öz təsərrüfatımla yanaşı, digər təsərrüfatlarda da biçin aparırıq. Ailəmizin qazancı və dolanışığı təmin olunub. Bütün bunlara görə minnətdarlıq edirik. Söz veririk ki, daha çox çalışacaq, ölkəmizin inkişafına töhfə verəcəyik”.

Festivalda xalq sənətkarlarının, istedadlı qadınların və məhkumların da əl işlərinin sərgi-satışı təşkil olunub.

Dekorativ tətbiqi sənətlə məşğul olan Xuraman Səfərova və ağac üzərində oyma ustası Afət Əhmədova onlara yaradılan şəraitə görə minnətdarlıq edib, xatirə şəkilləri çəkdiriblər.

Festivalda “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatlarında yetişdirilən məhsullar da nümayiş olunub, əkinçiliklə məşğul olan ailə təsərrüfatı sahibləri ilə söhbətlər aparılıb.

Naxçıvanda festivalların təşkili həm də turistlərin böyük marağına səbəb olur. Xaricdən və ölkəmizin digər bölgələrindən gələn turistlər festivala böyük maraq göstəriblər.

Ali Məclisin Sədri ailə təsərrüfatlarının inkişafının mühüm əhəmiyyətə malik olduğunu bildirib, göstərilən qayğı nəticəsində ilbəil istehsal olunan məhsulların çeşidinin artdığını qeyd edib, bundan sonra da müvafiq dövlət qurumları tərəfindən ailə təsərrüfatlarına dəstək göstərilməsi barədə tapşırıqlar verib.

Festival noyabrın 3-də də davam edəcək, iştirakçılar arasında “Aktiv ailə təsərrüfatı” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib, iaşə xidməti təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH