Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı uğurla icra olunur

Naxçıvan, 5 avqust, AZƏRTAC

Kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə mövcud problemlərin mütərəqqi həll yollarının işlənib hazırlanması məqsədilə qəbul olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını, əsasən, yerli istehsal hesabına ödənilməsini təmin edib.

Bu ilin ikinci rübündə 121 min ədəd müxtəlif növ ting,
8463 ədəd üzüm kolu əkilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhalinin tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması davam etdirilir. Bu məqsədlə 2021-ci ilin ikinci rübündə muxtar respublikada, ümumilikdə, 48,9 hektar sahədə yeni meyvə bağları salınıb, 121 min 302 ədəd müxtəlif növ ting, 8463 ədəd üzüm kolu əkin dövriyyəsinə daxil edilib.

Təbii ki, yaşıllıq salmaq işin bir tərəfidirsə, onu böyütmək, ərsəyə gətirmək, qulluq göstərmək işin qalan tərəfidir. Görülən işlər içərisində vacib bir məqamı - yaşıllıqların becərilməsində mütərəqqi suvarma şəbəkəsinə üstünlük verilməsini də vurğulamaq lazımdır. Bu məqsədlə 2021-ci ilin ikinci rübündə 2,2 kilometr ana xətt, 22,92 kilometr müxtəlif diametrli borularla paylayıcı boru xətti çəkilib, 232 hidrant və üç istiqamətdə çıxışı olan dəmir-beton hovuzlar quraşdırılıb, 1,5 kilometr açıq drenaj qazılıb, 3,3 kilometr qapalı drenaj xətti çəkilib.

Qeyd olunan proqramın icrası nəticəsində muxtar respublikada cari ilin ikinci rübü ərzində meyvəçiliyin inkişafına maliyyə dəstəyi davam etdirilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən bağçılığın inkişafı məqsədilə 2 layihə üzrə 46 min manat, daxili tələbata uyğun yüksək məhsuldarlığa və intensiv üsullara əsaslanan tingçilik təsərrüfatlarının daha da inkişaf etdirilməsi məqsədilə bir layihəyə 5 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

Meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına dövlət dəstəyi göstərilir

Meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi və yenilərinin yaradılması istiqamətində tədbirlər görülüb, Sahibkarlığın İnkişafı Fondu tərəfindən meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına 3 layihə üzrə 66 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

Hesabat dövründə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 bağçılıq, Şərur rayonunda isə 1 tingçilik təsərrüfatının yaradılması, Babək rayonunda 1 üzümçülük təsərrüfatının fəaliyyətinin stimullaşdırılması başa çatdırılıb, Şərur və Ordubad rayonlarının hər birində 1 bağçılıq təsərrüfatının yaradılması davam etdirilib.

Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 2021-ci ilin ikinci rübü ərzində ümumi sahəsi 5 min 570 kvadratmetr olan 3 istixana təsərrüfatının yaradılması və sahəsi 552 kvadratmetr olan 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Hazırda muxtar respublikada ümumi sahəsi 151 min kvadratmetrə yaxın olan istixana kompleksləri əhalinin tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir.

Muxtar respublika üzrə ümumi tutumu 20 min 900 ton olan
48 soyuducu anbar istifadəyə verilib

Meyvə və tərəvəz məhsullarının saxlanması üçün soyuducu anbarların yaradılmasına da ciddi önəm verilib, ikinci rübdə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Şərur rayonunda ümumi tutumu 170 ton olan 2 soyuducu anbarın yaradılması başa çatdırılıb, ümumi tutumu 800 ton olan soyuducu anbarın yaradılması üçün “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə 424 min 750 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib, Naxçıvan şəhəri və Şərur rayonunda ümumi tutumu 1730 ton olan 4 soyuducu anbarın yaradılması istiqamətində işlər davam etdirilib. Ümumilikdə, muxtar respublika üzrə dövlət maliyyə dəstəyi və şəxsi vəsait hesabına hüquqi və fiziki şəxslər tərəfindən ümumi tutumu 20 min 900 ton olan 48 soyuducu anbar istifadəyə verilib.

Muxtar respublikanın aqrar siyasətində kənd təsərrüfatında becərilən meyvə bitkilərinin genofondunun toplanılması, sort müxtəlifliyinin qorunması, zənginləşdirilməsi, tətbiqyönümlü sortların əkin sahələrinin genişləndirilməsi, istehsalının təşkili və onlardan iqtisadi səmərə əldə edilməsi əsas strateji istiqamətlərdəndir. İkinci rübdə AMEA Naxçıvan Bölməsinin Nəbatat Bağında müxtəlif meyvə sortlarından ibarət calaq işləri həyata keçirilib, 600-ə yaxın meyvə tingi calaq edilib.

Müasir dövrdə sığоrtа cəmiyyətin ictimаi-iqtisаdi həyаtının bütün sahələrini əhаtə еtməklə, mаddi rifаhın və sаhibkаrlıq riskinin zəmаnətçisi kimi çıхış еdir. Meyvə bağlarının və tərəvəz əkini sahələrinin sığortalanması işinin davam etdirilməsi məqsədilə 2021-ci ilin ikinci rübü ərzində, ümumilikdə, 44 meyvə, 31 tərəvəz təsərrüfatı olmaqla, cəmi 75 meyvə bağı və tərəvəz əkini sahələrinin sığortalanması işi həyata keçirilib.

Meyvə-tərəvəz məhsullarından götürülən nümunələr laboratoriya
analizlərinə cəlb edilir

Naxçıvan Muxtar Respublikasında bazara təqdim olunan bütün məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılır ki, bu istiqamətdə meyvə-tərəvəz və onlardan hazırlanmış məhsullar xüsusi yer tutur. İkinci rübdə “İstehlak Mallarının Ekspertizası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasında meyvə-tərəvəz məhsullarından götürülən 43 nümunə laboratoriya analizlərinə cəlb edilib. Bu dövrdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər üzrə məhsulların 50 halda keyfiyyət və ya təhlükəsizlik göstəriciləri yoxlanılıb.

Muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracının davam etdirilməsi məqsədilə gömrük prosedurları qanunvericiliyə uyğun olaraq sadələşdirilib, malların sürətli keçidləri təmin olunub. Dövlət Gömrük Komitəsi tərəfindən kənd təsərrüfatı məhsullarının gömrük sərhədindən sürətli buraxılışının təmin edilməsi üçün ixracatçılara “Yaşıl dəhliz” buraxılış sistemlərindən daimi istifadə hüququ verilib.

Yerli məhsulların satışı və təbliği uğurla təşkil olunur

Yerli məhsullarımızın satışına və təbliğinə geniş imkanlar açan, süni qiymət artımına maneə yaradan, bazardakı bolluğu təmin edən kənd təsərrüfatı yarmarkaları daxili bazarın inkişaf etdirilməsində əsas istiqamətlərdən biri kimi mühüm rol oynayır. Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində kənd təsərrüfatı və sənaye məhsulları yarmarkası təşkil olunub və məhsulların bazar qiymətlərindən 10 faiz aşağı qiymətə satılmasına nəzarətin həyata keçirilməsi təmin edilib.

Bütün bunlar onu göstərir ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı davamlı xarakter daşıyır və bu sahədə yaradılmış baza növbəti illərdə daha mühüm nailiyyətlərin qazanılmasına töhfə verəcək.

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH