Naxçıvanda Regional Ailə mərkəzlərinin yaradılması istiqamətində işlər həyata keçirilir
Naxçıvan, 29 yanvar, AZƏRTAC
Ötən il "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Regional Ailə mərkəzlərinin yaradılması ilə bağlı işlər görülüb, tender sorğusu keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şərur və Culfa Regional Ailə mərkəzlərinin layihə-smeta sənədlərinin satınalması məqsədilə keçirilmiş tender sorğusunun qalibi BİMD QSC ilə müqavilə bağlanılıb və layihələndirmə işlərinə başlanılıb.
Ötən il şirkət tərəfindən Şərur və Culfa Regional Ailə Mərkəzlərinin inzibati binalarının tikintisinin layihə smeta sənədləri hazırlanaraq komitəyə təqdim edilib. Tikiləcək Regional Ailə mərkəzlərinin inzibati binalarının tikintisinin layihə smeta sənədləri hazırda ekspertiza mərhələsindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:59]
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO
- 11.06.2026 [18:55]
Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO
- 11.06.2026 [17:57]