Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO
Naxçıvan, 27 may, AZƏRTAC
Mayın 27-si saat 9:00-da Naxçıvan Muxtar Respublikasında Qurban bayramı münasibətilə bayram namazı qılınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram namazı Naxçıvan şəhərindəki Heydər məscidində və muxtar respublikanın bütün rayon, kənd məscidlərində qılınıb.
Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi də yad olunub, ruhlarına dualar oxunub.
Müxbir- Nail Əsgərov