Nazir müavini: İnsan hüquqları sahəsində böyük işlər görülməlidir
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan-Ermənistan münaqişəsinin bitməsindən sonra insan hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülməlidir. Həmçinin bu sahədə beynəlxalq təşkilatların da səyi önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev söyləyib.
O bildirib ki, Azərbaycan BMT-nin İnsan Hüquqları Şurası ilə geniş şəkildə əməkdaşlıq edir və quruma öz töhfəsini verir. Azərbaycan nəinki mili qisimdə, həmçinin Qoşulmama Hərəkatında da fəal şəkildə iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]