“Neftçi” klubu “Qəbələ” ilə oyuna ciddi itki ilə çıxacaq
Bakı, 6 aprel, AZƏRTAC
Bakının “Neftçi” klubu Azərbaycan Premyer Liqasının 21-ci turunun qarşılaşmasına ciddi itki ilə çıxacaq.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisinin ən məhsuldar futbolçusu (14 qol) Namiq Ələsgərov “Qəbələ” ilə səfər görüşünü kənardan izləyəcək. Buna səbəb millimizin üzvünün sarı vərəqə limitini doldurmasıdır. Qış fasiləsindən sonra “Qəbələ”, “Keşlə” və “Səbail”lə oyunlarda sarı vərəqə alan N.Ələsgərov, "Sumqayıt"la qarşılaşmada da eyni rəngli kart görüncə, cəzalı duruma düşüb.
Qeyd edək ki, “Qəbələ”-“Neftçi” oyunu aprelin 10-da Qəbələdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]