“Neftçi” klubu U-10 Liqasının qalibi olub
Bakı, 4 may, AZƏRTAC
AFFA-nın U-10 Liqasının 2016/2017-ci il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, final oyununda “Vətən” və “Neftçi” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 dəfə fərqlənən “Neftçi” U-10 Liqasının 2016/2017-ci il mövsümünün qalibi adını qazanıb. Üçüncü yeri isə “Qəbələ” komandası tutub.
Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, baş katibin müavini Sərxan Hacıyev, Texniki direktor Bernhard Lippert təqdim ediblər.
Liqanın bombardiri 71 qolla “Qəbələ” komandasının futbolçusu Həsən Nəzərli olub. “Vətən”in oyunçusu Babamirzə Mehdiyev “Fair-play” mükafatına layiq görülüb. Anar Hüseynov (“Vətən”) liqanın ən yaxşı futbolçusu seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]