İDMAN
“Neftçi” öz meydanında “Səbail”ə qalib gəlib
![](/files/galleryphoto/2020/3/1200x630/16465139653173338605_1200x630.jpg)
![](/files/galleryphoto/2020/3/1200x630/16465139652044430849_1200x630.jpg)
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında “Neftçi” klubu “Səbail”i qəbul edib. “Bakcell Arena”dakı qarşılaşma “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neftçi”nin ilk qolunu 73-cü dəqiqədə Tiaqo Bezerra, ikinci qolunu isə 79-cu dəqiqədə Azər Salahlı vurub. Qələbə sayəsində xallarının sayını 31-ə çatdıran son ölkə çempionu 4-cü pillədə qərarlaşıb. “Səbail” isə 11 xalla sonuncu yerdədir.
Görüş öncəsi “ağ-qaralar” 28 xalla 4-cü, “dənizçilər” 11 xalla sonuncu - 8-ci yerdədir. Paytaxt təmsilçiləri çempionatda 17 dəfə qarşılaşıblar. On iki dəfə meydan sahiblər, 2 dəfə qonaqlar qələbə qazanıb. Topların nisbətində də “Neftçi”nin aşkar üstünlüyü var - 38:11.
Qeyd edək ki, günün ilk görüşündə “Zirə” “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib. Tura martın 6-da oynanılacaq “Keşlə”-“Sabah” və “Qarabağ”-“Qəbələ” matçları ilə yekun vurulacaq.