“Neftçi” Premyer Liqanın 35-ci turunun açılış matçında “Kəpəz”i məğlub edib
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də “Kəpəz”-“Neftçi” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasının XXXV turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında paytaxt təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb. Kamran Əliyevin idarə etdiyi oyunda hesabı ilk hissənin sonunda (45+3) “Kəpəz”in heyətində Abdullahi Şuaybu açıb. “Neftçi” hesabda geri düşməsinə baxmayaraq, Ataa Caber (65), Ömər Buludov (87) və Kilan Lebonun (90+4) qolları sayəsində qələbə qazanıb.
Tur çərçivəsində keçiriləcək digər dörd qarşılaşma mayın 22-də oynanılacaq. Çempionluğunu ötən turda rəsmiləşdirən “Qarabağ” komandası “Azersun Arena”da “Sumqayıt”ı qəbul edəcək. “Səbail” klubu “Turan Tovuz”un, “Qəbələ” isə “Şamaxı”nın qonağı olacaq. Çempionatın XXXV turuna “Sabah” - “Zirə” matçı ilə yekun vurulacaq.
Hazırda Ağdam klubunun aktivində 87 xal var. “Sabah” 80 xalla ikinci, “Neftçi” 65 xalla üçüncü sıradadır. Sonrakı yerləri “Qəbələ” (48 xal), “Zirə” (46 xal), “Turan Tovuz” (38), “Kəpəz” (30), “Sumqayıt” (28), “Səbail” (25), “Şamaxı” (24) qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [10:46]
Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu-citsu turnirinin qalibi olub
- 19.09.2026 [02:44]
Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub
- 19.09.2026 [02:08]
Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib
- 18.09.2026 [21:44]
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
- 18.09.2026 [19:25]
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb
- 18.09.2026 [18:59]
Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır
- 18.09.2026 [18:40]
Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə
- 18.09.2026 [18:28]
Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ husilərlə danışıqlar aparır
- 18.09.2026 [23:54]
Yardımlıda açıq ərazidə yanğın baş verib
- 18.09.2026 [23:34]
“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib
- 18.09.2026 [23:00]
Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
- 18.09.2026 [22:23]
Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
- 18.09.2026 [21:44]
Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub
- 18.09.2026 [21:31]
Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib
- 18.09.2026 [21:07]
Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib
- 18.09.2026 [21:05]
® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı
- 18.09.2026 [20:45]