İDMAN
“Neftçi”nin futbolçusu Stankoviç Tulanın “Arsenal” komandası üzərindəki qələbəyə yalnız ikinci qoldan sonra inanıb
![“Neftçi”nin futbolçusu Stankoviç Tulanın “Arsenal” komandası üzərindəki qələbəyə yalnız ikinci qoldan sonra inanıb](/files/2019/2/1200x630/15647478644022413755_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
Bakının “Neftçi” futbol klubunun müdafiəçisi Voislav Stankoviç cavab görüşünün ikinci qolunu Tulanın “Arsenal” komandası ilə qarşılaşmada qələbəni şərtləndirən amil adlandırıb.
AZƏRTAC xəbər verir ki, futbolçu bu barədə jurnalistlərə bildirib.
Avropa Liqasının ikinci təsnifat raundunun cavab görüşündə “Neftçi” ev oyununda “Arsenal”a 3:0 hesabla qalib gəlib. Bakı klubu iki oyunun ümumi yekun hesabına görə növbəti mərhələyə adlayıb. Belə ki, birinci oyun da “Neftçi”nin xeyrinə bitmişdi - 1:0.
V.Stankoviç deyib: “Görüşdən əvvəl məşqçi dedi ki, öz futbolumuzu oynamaq lazımdır və bundan əvvəlki oyunun nəticəsi üçün narahat olmaq lazım deyil. Oyunun əvvəlində “Arsenal” bizi sıxışdırdı, lakin ikinci hissədə biz qapıdan 3 top keçirdik. Hesab edirəm ki, birinci qol oyunda dönüş yaratdı. Lakin ikinci qoldan sonra başa düşdüm ki, biz həqiqətən də qalib gələcəyik”.
“Neftçi” üçüncü təsnifat raundunda İsrailin “Bney İequda” klubu ilə qarşılaşacaq. Azərbaycan klubu birinci matçı avqustun 8-də doğma divarlar arasında, cavab matçını isə avqustun 15-də səfərdə keçirəcək.