Nəsimi rayon məktəbliləri arasında stritbol üzrə turnir təşkil edilib
Bakı, 26 fevral, AZƏRTAC
Nəsimi rayon məktəbliləri arasında 46 saylı orta məktəbdə stritbol üzrə turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarış Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunub.
Turnirin nəticələrinə görə, 164 saylı orta məktəbin komandası birinci yeri tutub. İkinci yerə 46, üçüncü pilləyə isə 211 saylı orta məktəblərin komandaları sahib olublar.
Qaliblər kubok, diplom və medallarla təltif olunublar.