“Nestle” iki il ərzində 16 min iş yerini ixtisar edəcək
Bakı, 16 oktyabr, AZƏRTAC
İsveçrənin aparıcı qida məhsulları istehsalçısı “Nestle” növbəti iki il ərzində 16 minədək iş yerini ixtisar etməyi planlaşdırır ki, bu da şirkətin əməkdaşlarının ümumi sayının 5,7 faizinə bərabərdir.
AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumatda ixtisarların əsasən ofis və inzibati vəzifələr üzrə həyata keçiriləcəyi vurğulanır.
Bu tədbirlər nəticəsində şirkət 2027-ci ilin sonunadək illik 1 milyard İsveçrə frankına qənaət etməyi düşünür.
İxtisarlar barədə qərar şirkətin cari ilin ilk doqquz ayına dair maliyyə hesabatının dərc olunmasından sonra verilib. Hesabata əsasən, “Nestle”nin satış gəlirləri 1,9 faiz azalaraq 65,9 milyard İsveçrə frankına (təxminən 71 milyard avro) enib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]