Nigar Arpadarai: İqlim dəyişmələri Azərbaycanın daha çox kənd təsərrüfatına təsir edir
Bakı, 16 oktyabr, AZƏRTAC
Su mövzusunun nə qədər həssas olduğunu hər kəs bilir. Adaptasiya mövzusundan, iqlim dəyişmələrinin fəsadlarından danışanda su problemi xüsusilə gündəmə gəlir. Ölkələr bunun fəsadlarını fərqli hiss edirlər. Bu mövzu qədər bütün dünyanı əhatə edən ikinci məsələ yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, COP29 təşkilat komitəsinin üzvü Nigar Arpadarai “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransın “Təhsildə gender bərabərliyi və su ehtiyatları idarəçiliyi: Bərabər iştirakın təmin edilməsi” adlı panel sessiyada çıxış edərkən deyib.
N. Arpadarai müəyyən ölkələrdə okean səviyyəsinin qalxdığını vurğulayaraq həmin ərazilərin yox olmaq dərəcəsində olduğunu diqqətə çatdırıb.
“Bəzi ölkələrdən Azərbaycana gələn qonaqlar, hətta onların liderləri, nümayəndələri buradan yola düşəndə belə mesaj verirlər ki, “biz bilmirik ki, qayıdanda ölkəmiz olacaq ya yox?” Yəni bu dərəcədə onların problemi var, digər məsələ isə quraqlıqla bağlıdır. İqlim dəyişmələri Azərbaycanın daha çox kənd təsərrüfatına təsir edir”, - deyə N. Arpadarai qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:37]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:26]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]