Nikol Paşinyan: Gələn il keçiriləcək seçkilərdə qalib gələcəyimizə əminəm
Tbilisi, 29 sentyabr, AZƏRTAC
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, rəhbərlik etdiyi partiya 2026-cı ildə keçiriləcək parlament seçkilərində növbəti dəfə qələbə qazanacaq. O, buna əmin olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Nikol Paşinyan bu barədə Strasburqda jurnalistlərə açıqlamasında bildirib.
“Dediklərimi sözgəlişi demirəm. Tam əminəm ki, 2026-cı il parlament seçkilərində xalq Ermənistanı idarə etmək üçün bizə verilən mandatı uzadacaq. Çünki bizim həyata keçirdiyimiz sülh gündəliyinin və siyasətin müəllifləri xalqdır”, - deyə Baş nazir vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]