Nizami Kino Mərkəzində milli “Xənnas” filmi işarət dilində nümayiş olunacaq
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Nizami Kino Mərkəzində eşitmə və danışma məhdudiyyətli insanlar üçün işarət dilinə tərcümə edilmiş milli “Xənnas” filmi nümayiş olunacaq.
Kino mərkəzindən AZƏRTAC-a bildirilib ki, rejissoru Elvin Abdulla olan filmdə rollara Hikmət Rəhimov, Pərvin Abıyeva, Qorqud Cəfər, Zarina Qurbanova, Türkay Cəfərli və Nərgiz Əliyeva çəkiliblər.
Azərbaycanın ilk qorxu filmi olan “Xənnas” vahimə və mistika janrındadır. Filmə yaşı 14-dən yuxarı olanlar baxa biləcək.
Ad gününü rayonda anasının yanında qeyd edən İlkin tez-tez gördüyü eyni yuxunun təsiri altında qalır. Anasının qadağalarına baxmayaraq, dostlar ilə birgə babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə gedir. Tərk edilmiş köhnə evin ruhlar məskəni olduğunu başa düşən dostlar vahiməli hadisələrlə dolu gecə keçirirlər…
Filmi işarət dilinə Nuranə Abıyeva tərcümə edib.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə və davamlı olaraq surdotərcüməli filmlər “Human Deaf Community” ilə birgə Nizami Kino Mərkəzində təmənnasız nümayiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [11:41]
İsveçrədə Azərbaycan mədəniyyəti təntənəsi: Montrö səhnəsində qala-konsert
- 15.09.2026 [03:30]
18 əsərin sehri - Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək
- 14.09.2026 [23:30]
“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
BDU-da yeni tədris ili başlayıb
- [08:40]
Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub
- 14.09.2026 [23:41]
“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
- 14.09.2026 [23:30]
Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir
- 14.09.2026 [23:12]
Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək
- 14.09.2026 [22:41]
Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
- 14.09.2026 [22:25]
Ər-Riyadda IV Beynəlxalq Dənizçilik Forumu keçiriləcək
- 14.09.2026 [22:02]
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- 14.09.2026 [21:51]
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
- 14.09.2026 [21:47]
Dünyaşöhrətli alim Zaqatalada müəllimlərlə görüşüb
- 14.09.2026 [21:25]