NORVEÇ KRALI V HERALD AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ŞƏRƏFİNƏ ZİYAFƏT VERMİŞDİR
Rəsmi ziyafətdə kralın xanımı, habelə Baş nazir Qru Harlem Brundtland, parlamentin sədri Kirsti Kolle Qrondal, Norveçin yüksək vəzifəli digər şəxsləri, ölkənin ədəbiyyat, incəsənət, mədəniyyət, elm xadimləri iştirak edirdilər.
Kral V Herald Azərbaycan Prezidenti Heydər Əliyevi bir daha salamladı, ölkələrimiz arasında münasibətlərin daha da inkişafında bu səfərin böyük rol oynayacağına əmin olduğunu bildirdi.
Səmimilik və mehribanlıq şəraitində keçən ziyafətdə Norveç-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsi perspektivləri barədə fikir mübadiləsi də aparıldı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]