Növbəti konsert Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub
Bakı, 25 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) yaradılmasının 100 illiyi münasibətilə konsert proqramı təqdim olunub.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsertdə akademiyanın müəllim-tələbələri tərəfindən bir-birindən maraqlı musiqi nömrələri səsləndirilib.
Həmçinin konsertdə dünya şöhrətli bəstəkarlar J.Haydn, V.Motsart, M.Qlinka, R.Şubert və P.Hindemitin yaradıcılığına müraciət olunub.
Konsert proqramı maraqla qarşılanıb.