“NOVIYE RUBEJİ” JURNALININ (FİNLANDİYA) BAŞ REDAKTORU NİKOLAY MAYNERTİN ÇIXIŞI
Bu üç gündə biz Azərbaycanın zəngin sərvətləri, təbii ehtiyatları və iqlimi barədə çox eşitdik. Bu müddət ərzində biz bu respublikanın daha bir güclü ehtiyat qüvvələrini gördük. Bunlar dünən bizə əla konsert verən istedadlı insanlardır. Azərbaycan özünün bu istedadları ilə Rusiya ilə də, bir çox dövlətlərlə də bəhsə girə bilər. Biz hətta konqres zamanı deyirdik ki, azərbaycanlılar öz istedadı ilə Rusiyanın mədəni irsini zənginləşdirirlər.
Mən bu tükənməz ehtiyatın şərəfinə badə qaldırıram!
X X X
Azərbaycanın Baş naziri İlham Əliyev həmin gün 75 yaşı tamam olan Milli Məclisin sədri Murtuz Ələsgərovun sağlığına badə qaldırmağı təklif etdi və ona möhkəm cansağlığı, işdə uğurlar arzuladı.
Səmimilik və dostluq şəraitində keçən qəbulun gedişi ərzində Azərbaycanın incəsənət xadimləri öz gözəl ustalıqlarını nümayiş etdirdilər.
X X X
Qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Rusiya Federasiyası hökuməti sədrinin müavini Qalina Karelova, Rusiya xarici işlər nazirinin birinci müavini Eleonora Mitrofanova, Azərbaycan parlamenti sədrinin və Baş nazirinin müavinləri, nazirlər, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, digər rəsmi şəxslər iştirak edirdilər.