Noyabrda vergi orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 77,1 faizi müsbət həll olunub
Bakı, 19 dekabr, AZƏRTAC
2018-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8638 müraciət daxil olub ki, onların da 86,6 faizi ərizə, 13,1 faizi şikayət, 0,3 faizi təklifdir.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 36,1 faizi kameral vergi yoxlamaları, 35,8 faizi müxtəlif arayışların alınması, 10,8 faizi vergi borcları, 2,6 faizi vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, onların 77,1 faizi müsbət həll olunub.
Ay ərzində Vergilər Nazirliyinin mərkəzi aparatı, yerli vergi orqanları və vergiödəyicilərinə xidmət mərkəzləri də daxil olmaqla bütün qurumlarda vergi orqanlarının müxtəlif səviyyədə rəhbər vəzifəli şəxsləri və vergi əməkdaşları tərəfindən ümumilikdə 326 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]