Noyabrın birinci ongünlüyündə minimum temperatur İsmayıllı və Gədəbəydə qeydə alınıb
Bakı, 14 noyabr, AZƏRTAC
Respublikanın əksər bölgələrində noyabrın birinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 1º, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-2º yüksək olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 12º, Naxçıvanda 10º, Qarabağ bölgəsi, Gəncə-Goranboy, Mil-Muğan və Mərkəzi Aranda 11-12º, Şəki-Zaqatalada 9-10º, Dağlıq Şirvan bölgəsi və Qubada 7º, Lənkəran-Astarada 8-12º, Tovuz-Qazaxda 5-10º qeydə alınıb.
Havanın minimum temperaturu İsmayıllı və Gədəbəydə -1º, Qubada 1º, Şamaxı, Tovuz, Gəncə və Qazaxda 2º, Cəfərxan, Zərdab, Ceyrançöl, Şəki və Zaqatalada 3º, Naxçıvan və Bərdədə 4º, Göyçayda 5º, Lənkəranda 6º, Maştağada 8º təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]