Nurlana Cəfərova dairəvi stend üzrə yarışda gümüş medala layiq görülüb
Bakı, 15 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında dairəvi stend üzrə mübarizənin qalibi 45 xalla Türkiyə idmançısı Banu Nur Özpak olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı Nurlana Cəfərova yarışın gümüş medalını qazanıb. Bürünc medalın sahibi isə türkiyəli İzel Aydın olub.
Digər idmançılarımız Püstəxanım Məlikova və Regina Meftahətdinova təsnifat mərhələsində mübarizəni dayandırıblar.