Nurlana Cəfərova qadınlar arasında dairəvi stend yarışının finalına vəsiqə qazanıb
Bakı, 15 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
Azərbaycan atıcısı Nurlana Cəfərova “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında dairəvi stend yarışının finalına çıxıb.
AZƏRTAC xəbər verir ki, idmançımız 71 xalla finala vəsiqə qazanıb.
Digər idmançılarımız Püstəxanım Məlikova və Regina Meftahətdinova təsnifat mərhələsində mübarizəni dayandırıblar.