Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Nüvə təhlükəsizliyi məsələsi ayrı-ayrı ölkələr tərəfindən təklikdə həllini tapa bilməz
Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının nüfuzlu “Diplomacy” jurnalına müsahibəsində söyləmişdir

Bakı, 24 aprel (AZƏRTAC). Koreya Respublikasında nəşr olunan nüfuzlu “Diplomacy” jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi dərc olunmuşdur. Müsahibənin əvvəlində jurnalın rəhbəri, doktor Thok-kyu Limb oxuculara Azərbaycan Respublikası barədə məlumat verərək bildirmişdir ki, uğurlu iqtisadi islahatlar nəticəsində hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycan bu iqtisadi sıçrayışa Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olmuşdur.

AZƏRTAC müsahibənin mətnini təqdim edir.

- Zati-aliləri Prezident İlham Əliyev, əvvəlcə Koreyaya səfəriniz münasibətilə ən xoş salamlarımı Sizə çatdırmaq istərdim. Koreyaya səfərinizdən əsas məqsədiniz nədir?

- “2012 Seul Nüvə Təhlükəsizliyi Sammiti”nə dəvəti qəbul edərək böyük məmnuniyyətlə Seula səfərə gəlmişəm. Ümid edirəm ki, sammitin işi və burada aparılan müzakirələr səmərəli olacaq və Azərbaycan da nüvə təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə müəyyən dərəcədə öz töhfəsini verəcəkdir.

- “2012 Seul Nüvə Təhlükəsizliyi Sammiti”nin nəticələri ilə bağlı təəssüratınız necədir?

- Qədəm qoyduğumuz XXI əsrdə beynəlxalq aləmdə baş verən qloballaşma prosesinin, geosiyasi dəyişikliklərin fonunda dünya yeni çağırışlarla üzləşmişdir. Ən ciddi çağırışlardan biri nüvə təhlükəsizliyi məsələləridir. Bu məsələ ayrı-ayrı ölkələr tərəfindən təklikdə həllini tapa bilməz. Bunun üçün bütün dünya birliyi öz səylərini ortaya qoymalıdır. Bu baxımdan müxtəlif ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi “2012 Seul Nüvə Təhlükəsizliyi Sammiti” böyük əhəmiyyət daşıyır.

- Bü gün Sizin Azərbaycanda üzləşdiyiniz əsas problemlər hansılardır?

- Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan özünün inkişaf yolu ilə bağlı məqsədlərinə demək olar ki, çatmışdır. Əlbəttə ki, eyni zamanda, həlli vacib olan bəzi problemlər də mövcuddur. Lakin Azərbaycan xalqı və Azərbaycan dövləti üçün ən ağrılı problem Ermənistanın Azərbaycana davam edən təcavüzü və bu təcavüz nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmamasıdır. Münaqişə bölgədə sülhə və sabitliyə ən böyük təhlükədir. İyirmi ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilib, ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilərdə bütün sosial və infrastruktur obyektləri, qədim tarixi abidələr, məscidlər, qəbiristanlıqlar ermənilər tərəfindən tamamilə dağıdılmışdır.

Münaqişənin nizama salınması üçün güclü beynəlxalq hüquqi baza mövcuddur. Problemin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Həmin qətnamələr işğalçı qoşunların işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bildiyimiz kimi, bu qətnamələr ən yüksək səviyyədə qəbul olunan beynəlxalq qərarlardır, lakin bunlar icra olunmur. ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mühüm qərar və qətnamələr qəbul edib. Təəssüflər olsun ki, Ermənistan bunların da heç birinə məhəl qoymur.

Uzun illərdir ki, ATƏT-in Minsk qrupu bu münaqişənin həlli ilə məşğul olur. Həmsədr ölkələrin - Rusiyanın, ABŞ-ın və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında çoxlu sayda görüşlər keçirilib. Amma Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişə həllini tapa bilmir. Bu münaqişə yalnız sülh yolu ilə, beynəlxalq prinsiplər əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salına bilər.

- Azərbaycanın hazırkı iqtisadi vəziyyəti ilə bağlı nə deyərdiniz?

- Azərbaycan dünyanın ən sürətli inkişaf edən ölkələrindən biridir. Son vaxtlar həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan iqtisadi inkişaf templərinə görə dünyada liderdir. Ümumi daxili məhsulun artımı baxımından biz ən yüksək göstəricilərə nail olmuşuq. Son bir neçə ildə ölkə iqtisadiyyatı demək olar ki, 300 faiz artmışdır. İşsizliyin aradan qaldırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Son 8 il ərzində bir milyondan çox yeni iş yeri açılmışdır. İşsizliyin səviyyəsi 5,4 faizdir. Hər il əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir. Yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə endirilmişdir. Biz qısa müddətdə iqtisadiyyatın kifayət qədər şaxələndirilməsinə nail ola bilmişik. Təsadüfi deyildir ki, aparıcı beynəlxalq maliyyə qurumları bu baxımdan Azərbaycanın uğurlarını çox yüksək qiymətləndirirlər. Əgər Dünya İqtisadi Forumunun rəyinə nəzər salsaq görərik ki, Azərbaycan rəqabətlilik baxımından dünyada 55-ci, MDB məkanında isə birinci yerdə olan dövlətdir. “Standard & Poor’s” Beynəlxalq Reytinq Xidməti də Azərbaycanın suveren kredit reytinqini yüksəltmişdir. Bu, ölkədə həyata keçirilən uğurlu islahatların göstəricisidir. Biz iqtisadiyyatın liberallaşdırılmasına, özəl sektor üçün yaxşı şəraitin yaradılmasına nail olmuşuq. Həyata keçirilən liberal iqtisadi siyasət ölkədə sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaratmışdır. İqtisadiyyatda özəl sektorun payı artıq 80 faizdən çoxdur. Bu gün Azərbaycan iqtisadiyyatı ümumilikdə Cənubi Qafqaz iqtisadiyyatının 75-80 faizini təşkil edir.

- Azərbaycan ilə Koreya arasında iqtisadi münasibətlərin perspektivlərini necə görürsünüz?

- Azərbaycan ilə Koreya arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. Dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərləri zamanı imzalanan sənədlər ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm baza yaratmışdır. 2007-ci ildə mənim Koreya Respublikasına dövlət səfərim iqtisadi əlaqələrin genişləndirilməsinə böyük təkan vermişdir. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə komissiya yaradılmışdır. Bu komissiya iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı demək olar ki, bütün sahələri əhatə etmişdir. Bütövlükdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 40-dan çox sənəd imzalanmışdır. Azərbaycanda mövcud olan münbit sərmayə mühiti Koreya şirkətlərinin ölkəmizə marağını artırmışdır. Bu şirkətlər Azərbaycanın enerji, informasiya texnologiyaları sahələrində və bir çox infrastruktur layihələrində uğurla fəaliyyət göstərirlər. 2011-ci ildə Azərbaycan Respublikasının Koreya Respublikası ilə ticarət dövriyyəsinin həcmi təxminən 650 milyon ABŞ dolları təşkil etmişdir.

Azərbaycan ilə Koreya arasında iqtisadi əməkdaşlığın çox böyük perspektivləri vardır, əməkdaşlıq imkanlarımız genişdir. Ölkələrimiz arasında elm və texnologiya, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ümumi maraq doğuran digər sahələrdə uzunmüddətli əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur.

- XXI əsrdə Azərbaycanı necə görürsünüz?

- Azərbaycan əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olan bir ölkədir. Azərbaycan XXI əsrə sürətli iqtisadi inkişaf templəri ilə qədəm qoymuşdur. Azərbaycan əməkdaşlıq üçün açıq olan bir ölkədir. Ölkəmizin güclü iqtisadiyyatı və neft-qaz sənayesinin inkişafı resurslarımızı insan kapitalına yönəltmək üçün bizə əlverişli imkan yaradır. Bütün sahələri əhatə edən uğurlu sosial infrastruktur layihələri həyata keçiririk və bu gələcəkdə də davam etdiriləcəkdir.

Elmi-texniki tərəqqinin inkişaf etdirilməsi, təhsilin, səhiyyənin ən müasir tələblər səviyyəsinə qaldırılması, cəmiyyətin bütünlüklə modernləşdirilməsi əsas prioritet məsələlərdəndir. Biz, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının daha da inkişaf etdirilməsinə böyük önəm veririk. Bu il Azərbaycan özünün ilk süni peykini orbitə buraxacaqdır. Bu, böyük uğurdur.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu bir ərazi olmuşdur. Bu gün biz ölkəmizdə bütün dinlərin və mədəniyyətlərin birgə yaşayışı üçün tolerant cəmiyyət qurmuşuq. Əminəm ki, dünyaya nümunə ola biləcək bu tolerantlıq ölkəmizdə gələcəkdə də hökm sürəcəkdir.

Digər sahələrə gəlincə, deyə bilərəm ki, biz Azərbaycanı turizm ölkəsinə çevirmək üçün mühüm layihələr həyata keçiririk. İdmanın inkişaf etdirilməsi də dövlətin daim diqqət mərkəzindədir və deyə bilərəm ki, artıq bu sahədə böyük uğurlar əldə etmişik. Bir sözlə, gələcəklə bağlı planlarımız çoxdur və əminəm ki, Azərbaycan xalqının iradəsi, xalqla iqtidar arasında olan birlik, həyata keçirdiyimiz məqsədyönlü daxili və xarici siyasət XXI əsrdə qarşıya qoyduğumuz məqsədlərə çatmağa kömək edəcəkdir.

- Koreya ilə bağlı ümumi təəssüratlarınız nədən ibarətdir?

- Bu mənim Koreyaya ikinci səfərimdir. Koreya ilə bağlı xoş təəssüratlarım vardır. Mən 2007-ci ildə Koreyaya dövlət səfərimi böyük məmnunluqla xatırlayıram. Səfər zamanı mənə və Azərbaycan nümayəndə heyətinə çox böyük qonaqpərvərlik göstərildi. Koreyada yüksək inkişafın şahidi oldum. Koreyanın yeni şəhərlərin salınması layihələri bizdə maraq doğurdu. Nəhəng tikinti layihələri, həmçinin Koreya memarlığının qədim nümunələri məndə dərin təəssürat yaratdı. Bir daha əmin oldum ki, Koreyada milli, mənəvi və tarixi dəyərlər necə böyük qayğı ilə qorunur.

Mən Kyunq He Universitetində koreyalı tələbələrlə görüşümü də yaxşı xatırlayıram. Kyunq He Universitetinin fəxri doktoru adına layiq görülməyimdən çox məmnunam. Hər bir ölkənin gələcək tərəqqisi gənc nəslin təhsili, biliyi və elmin inkişafı ilə bağlıdır. Əminəm ki, koreyalı gənclərin elmə və təhsilə marağı ölkənizin gələcək inkişafına bundan sonra da öz töhfəsini verəcəkdir. Ümumiyyətlə, Koreya xalqının zəhmətsevərliyi, ölkənizin həyata keçirdiyi siyasət Koreyanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmişdir. Azərbaycan xalqı Koreyaya dost münasibət bəsləyir. Ölkələrimiz arasında mədəni əlaqələr daim genişlənməkdədir. Mən Koreya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazanıb

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir? REPORTAJ VİDEO

İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib

Qabiliyyət imtahanları davam edir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Balmoral qəsri bu gün ictimaiyyətə açılıb

Türkiyədəki Göbekli-Tepe məbəd kompleksini 2,8 milyon turist ziyarət edib

® Xəzərin Bilgəh sahili “Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə tullantılardan təmizlənib

® “Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu

Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

Dövlət qulluğu vəzifələri üzrə imtahanın nəticələri açıqlanıb: 408 nəfər müsabiqə şərtini ödəyib

Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə keçiblər

Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq

Güclü küləklə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatı