“Olimpiakos” - “Qarabağ” matçı bir dəqiqəlik sükutla başlayacaq
Bakı, 4 oktyabr, AZƏRTAC
Yunanıstanda “Olimpiakos” və “Qarabağ” (Ağdam) komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin üçüncü tur oyunu bir dəqiqəlik sükutla başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
UEFA-nın qərarına əsasən, qarşılaşmada “Arema” və “Persebaya” komandaları arasında İndoneziya çempionatının XI tur matçında iğtişaşlardan sonra dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.
Bu, həmçinin Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlar arasında dünya çempionatının pley-off oyunlarına da şamil ediləcək.
Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]