OLİMPİYA OYUNLARINA HƏSR OLUNMUŞ BEYNƏLXALQ VELOYÜRÜŞÜN İŞTİRAKÇILARI AZƏRBAYCANA GƏLMİŞLƏR
“Olimpiya məşəli hər zaman qəlbimizdədir” devizi altında fevralın 15-də Afinada start götürmüş və Pekinə hərəkət edən beynəlxalq veloyürüşün iştirakçıları Azərbaycana çatmışlar.
AZƏRTAC xəbər verir ki, Pekin Yay Olimpiya Oyunlarına həsr olunmuş yürüşdə Yunanıstan, Litva, İtaliya, Almaniya, Yeni Zelandiya, Hollandiya və Finlandiyadan 20-dən çox velosipedçi iştirak edir. Qədim İpək yolu marşrutu üzrə hərəkət edən veloyürüşçülərin yalnız 12-si Olimpiya Oyunlarının başlanacağı gün - avqustun 8-də Pekinə çatmaq niyyətindədirlər. Tbilisidə yürüş iştirakçılarına qoşulmuş 10 litvalı velosipedçinin marşrutu Bakıda başa çatacaqdır.
Bu günədək velosipedçilər Yunansıtan, Bolqarıstan, Türkiyə, Gürcüstan və Azərbaycandan keçməklə 3 min kilometrdən çox məsafə qət etmişlər. Aprelin 12-də İsmayıllıya çatacaq idmançılar burada beynəlxalq təşkilatların nümayəndələrinin qatılacağı təntənəli mərasimdə iştirak edəcəklər. Hazırda Şəki şəhərində olan marafon iştirakçılarının aprelin 14-də Bakıya çatması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]