Ölkədə hidroloji müşahidə şəbəkəsinin 45 faizi avtomatlaşdırılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Ölkədə hidroloji müşahidə şəbəkəsinin 45 faizi avtomatlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
A.Verdiyevin sözlərinə görə, 2020-ci ildən başlayaraq Dövlət İnvestisiya Proqramı çərçivəsində birinci mərhələdə 23, ikinci mərhələdə 11 ədəd avtomat hidroloji stansiya quraşdırılıb. Növbəti mərhələdə isə Böyük Qafqazın cənub yamacında 6 ədəd avtomat hidroloji stansiyanın quraşdırılması həyata keçirilib.
"Ümumilikdə, respublikanın çaylarında 40 ədəd avtomat hidroloji stansiya quraşdırılıb ki, bu da şəbəkənin 45 faiz avtomatlaşdırılması deməkdir. Məlumatların avtomat stansiyalar vasitəsilə ölçülməsi, məlumatların keyfiyyətinin artırılmasına, su ehtiyatlarının dəqiq qiymətləndirilməsinə imkan verir", - deyə A.Verdiyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:16]
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib
- 10.06.2026 [13:42]
Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib
- 10.06.2026 [13:33]
Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər
- 10.06.2026 [13:32]
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
- 10.06.2026 [13:28]
“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub
- 10.06.2026 [13:25]