ÖLKƏMİZDƏ “TƏMİZ HAVA” AYLIĞI KEÇİRİLİR
Bakı, 25 avqust (AZƏRTAC). Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi “Təmiz hava” aylığı keçirirlər.
Aylıq çərçivəsində Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi şirkətin müəssisələrində olan avtonəqliyyat vasitələrinin ekoloji müayinəsini təşkil etmişdir. Şirkətin bütün nəqliyyat vasitələrinə budəfəki ekoloji baxış “Azneft” İstehsalat Birliyinin “Bibiheybət ixtisaslaşdırılmış xüsusi texnika İdarəsi”nin qarajında aparılmışdır. Müayinə atmosferə ixrac olunan karbon oksidin və tüstülük faizinin miqdarı istismar olunan nəqliyyat vasitələrində müsbət dəyişikliklərin müşahidə olunduğunu göstərmişdir.
Qeyd edək ki, 2010-cu il “Ekologiya ili” çərçivəsində Dövlət Neft Şirkətinin həyata keçirdiyi ekoloji proqramlara uyğun olaraq istifadədə olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları işlək vəziyyətdə saxlamaq və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə mütəmadi işlər aparılır.
“Təmiz hava” aylığı avqustun 31-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır – FAKTİKİ HAVA
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]