Oman və Qətərin nümayəndələri Azərbaycan Milli Kitabxanasının fonduna kitab bağışlayıblar
Bakı, 9 oktyabr, AZƏRTAC
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Oman Sultanlığının və Qətər Mədəniyyət Mərkəzinin nümayəndələri Azərbaycan Milli Kitabxanasının fonduna kitab bağışlayıblar.
Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, təqdim olunan kitabları qurumun direktoru, professor Kərim Tahirov qəbul edib.
Oman Sultanlığı və Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əlaqə haqqında memorandum imzalanması haqqında razılıq əldə olunub.