Ombudsman Aparatı Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak edir
Bakı, 14 may (AZƏRTAC). Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak edir. Aparatın bir qrup əməkdaşı yaxın günlərdə Polşaya səfər edəcək, layihə çərçivəsində bu ölkənin insan hüquqları müdafiəçisinin ofisində və digər aidiyyəti qurumlarda görüşlər keçirəcək, təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparacaqlar.
Ombudsman Aparatından AZƏRTAC-a bilirmişlər ki, görüşlərdə Milli Priventiv Mexanizmin fəaliyyəti, başçəkmələrin metodologiyası, cinayət qurbanlarına hüquqi, həmçinin maliyyə, psixoloji və təşkilatı dəstək, onların hüquqlarının pozulmasına reaksiya barədə təqdimatlar dinləniləcəkdir.
Səfər çərçivəsində təsisatın əməkdaşları yeni texnologiyaların inkişafı kontekstində insan hüquqlarının müdafiəsinin problemli sahələrinin həlli məsələləri ilə bağlı məruzələrlə çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]