DÜNYA
On mindən çox ukraynalı hərbçi Almaniyada təlim keçib
Bakı, 30 dekabr, AZƏRTAC
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 10 mindən çox ukraynalı hərbçi Almaniyada təlim keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq “Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.
“...Biz daha çox məşq etdik. Almaniyada 10 min Ukrayna əsgəri var” – deyən Freydinq əlavə edib ki, yanvarın 4-də Almaniyada növbəti iki piyada batalyonunun təliminə start veriləcək.
Polşa və Almaniya da daxil olmaqla, bir sıra Aİ ölkələrində Ukrayna hərbçiləri üçün təlim missiyası 2022-ci ilin oktyabrında təsdiqlənib. Söhbət komandanlıq heyətinin hazırlanmasından, maddi-texniki təminatın təşkili, radiasiya, bakterioloji və kimyəvi mühafizənin təşkili üzrə təlimlərdən gedir. Missiyanın mandatı iki ildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]