ON SƏKKİZ NƏFƏRDƏN İBARƏT “TƏLİMATÇI MÜƏLLİMLƏR KOMANDASI” ABŞ-DAN QAYITMIŞDIR
Ölkəmizin pedaqoji universitetlərindən seçilmiş bu “Təlimatçı Müəllimlər Komandası” pedaqoji fakültələrdə müəllim hazırlığı üzrə və orta məktəblərdə ictimai fənlər üzrə yeni dərs vəsaitlərini hazırlamaq üçün ABŞ-ın Corc Meyson Universitetində 10 həftəlik intensiv kurslarda iştirak etmiş və dərs vəsaitlərinin hazırlanması üçün çoxsaylı məlumatlar toplamışlar. Müəllimlərin ABŞ-ın tədris təcrübəsi əsasında Azərbaycan və ingilis dillərində hazırlayacaqları iki dərs vəsaiti Təhsil Nazirliyinin ekspert rəyinə təqdim olunacaqdır.