Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ona “Sənin işin burada cəbhədəkindən daha gərəklidir” dedilər

Bakı, 18 iyul, AZƏRTAC

Nicat Yaqubov nə həkimdir, nə də tibb işçisi.

Vətən müharibəsi günlərində nə zabit olub, nə də döyüşçü.

Amma 44 gün davam edən müharibənin ilk günündən son gününədək ac-susuz və yuxusuz qalanlardan biri olub. Könülü olaraq döyüşə getmək xahişi ilə müraciət etsə də, ona çağırış vərəqəsi xeyli gec gəlib…

O, Füzuli rayonunun Böyük Bəhmənli kəndində özünə məxsus olan “Amin” aptekində olan bütün tibbi ləvazimatları yığıb yaralıların qəbul olunduğu xəstəxanaya gətirərək Vətən müharibəsi günlərində yaralanan sonuncu döyüşçü oradan çıxanadək ictimai əsaslarla qulluq edib.

“Sentyabrın 27-də təxminən saat 11-dən sonra yaralıların ilk axını gəldi. Təcili yardım maşınları yaralanmış döyüşçüləri Diaqnostika Mərkəzinə daşıyırdılar. Mərkəzin qarşısında keşik çəkən gənclər dərhal onları maşınlardan düşürərək həkim briqadalarına çatdırır, qəbul şöbəsində onları çeşidləyəndən sonra kimini xərəyə qoyub cərrahiyyə, kimini çiyinlərinə alıb müayinəyə, kimini qucaqlarına götürüb sarğı şöbəsinə aparırdılar. Bir neçə gün mən də yaralıların qarşılanması məsələləri ilə məşğul oldum. Təsəvvür edin ki, elə gün olub ki, üç mərtəbəli binanı bəlkə yüz dəfə enib-qalxmışam. Vətən müharibəsi günlərində 15 kiloqram çəki itirmişdim”,- deyə Nicat AZƏRTAC-ın müxbiri ilə söhbətində 2020-ci ilin unudulmaz payız günlərini yada salır.

İlk günlər yaralıların qarşılanması ilə məşğul olan Nicata sonrakı günlərdə onların təxliyəsi həvalə olunub. O, Füzuli Diaqnostika Mərkəzinə gətirilən 6 minə yaxın yaralı əsgərin ən azı 5 min nəfərindən çoxunun təxliyə olunmasında şəxsən iştirak edib. Onlara ilkin tibbi yardım göstərdikdən sonra dərhal Bakıda Silahlı Qüvvələrin Klinikasına, Kürdəmir, Ağcabədi, Qəbələ, İsmayıllı, Şəki, Masallı, Saatlı, Biləsuvar, Şəkidəki xəstəxanalara göndərilirdi. “Biz yaralılara ilkin yardım göstəriləndən sonra ixtisaslı və daha mükəmməl tibbi müdaxilə edilməsi üçün onları mümkün qədər tez təxliyə etməyə çalışırdıq. Fasiləsiz olaraq axın-axın yaralının gətirildiyi xəstəxanada bunu etməyə nə müasir müayinə, diaqnoz və cərrahiyyə aparatları, nə də həkimlərin vaxtı yox idi” ,- deyə xatırlayır.

O, hətta bir neçə dəfə yaralı əsgəri özü hospitala aparmalı olub: “Bir dəfə qolundan yaralanmış bir zabitə ilkin tibbi yardım göstərildikdən sonra yaxın rayonların birindəki yardım məntəqəsinə aparmalı oldum. Yol boyu nə qədər çalışdımsa, onu çarpayıya uzandıra bilmədim. Zabitdə çox qəribə bir qürur hissi var idi, uzanmağı özünə sığışdırmırdı. Mən avtomat gülləsinin ürəyinə çatmasına 1 millimetr qalan əsgər də görmüşəm, müharibədən bir ay əvvəl zərgərlik fəaliyyətinə başlasa da, ilk maaşını almamış cəbhəyə səfərbər edilmiş döyüşçü də. Təzəcə zərgərlik peşəsinə yiyələnmiş əsgərin sağ əlini itirməyi mənə çox ağır təsir etdi…”.

“Yanımda iki telefon və ratsiya var idi, lakin iş o qədər çox olurdu ki, onlara cavab vermək imkanım olmurdu. Hətta bir dəfə yuyunmaq üçün kənddəki evimizə getmişdim. Hamamda ikən, atam qapını döyüb məni çağırdı və bildirdi ki, telefona dalbadal zənglər gəlir. Cavab vermədiyimi görüb atamın telefonunu tapıb ona zəng etmişdilər ki, təcili xəstəxanaya gəlsin. Yəni iş bu dərəcədə gərgin və çox idi. Bir neçə dəqiqəliyə də olsa, hospitaldan uzaqlaşmaq olmurdu”.

Müraciətinə əsasən ona çağırış vərəqəsi müharibə başlayandan 20 gün sonra gəlib. Nicat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin işçisinə bu barədə müraciət edəndə “Sən elə cəbhədəsən. Burdakı işin ön cəbhədəkindən daha gərəklidir”, - deyərək onu ön xətdə səfərbərliyə almayıblar.

Nicat Yaqubov xatırlayır: “Kəndimizin qadınları xəstəxananı təmizləmək üçün növbə yaratmışdılar. Həmin o ağır günlərdə kimliyindən asılı olmayaraq, hamının ürəyindən əlindən gələn köməyi etmək keçirdi. Yorğan-döşəksiz, quru döşəmənin üstündə bir çimir gözünün acısını alıb təzədən işləyən adamlara nə ad verəsən? Mən bilirəm ki, bir neçə sutkadan artıq yuxusuz qalmaq fiziki cəhətdən mümkün deyil. Lakin mən orda içi özüm qarışıq sutkalarla ayaq üstə qalan, yuxu nə olduğunu bilməyən onlarla həkim, tibb işçisi, mülki adam görmüşəm. Həmin günlərdə sanki insanlara fövqəladə bir güc, qeyri-adi bir dözüm qabiliyyəti verilmişdi”.

İndi o ağır günlərdən 3 ilə yaxın vaxt keçir. Nicat indi də gecələr yatanda diksinir, sayıqlayır, əl qol atır, narahat olur. Əlbəttə ki, bunlar Vətən müharibəsi günlərində yaşadığı məhrumiyyətin izləridir. Təsəllisi isə çox böyükdür: torpaqlarımızın düşmən işğalından azad edilməsi və xalqımızın əldə etdiyi möhtəşəm Qələbədə zərrə qədər də olsa pay sahibi olmaq...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Güləş Federasiyasında yeni komitə yaradılıb

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır

DÇ-2026-nın ilk altı günündə Qətər mundialından daha çox avtoqol qeydə alınıb

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir

HDC rəsmisi: Halal iqtisadiyyat KOB-lar üçün inkişaf və təkmilləşmə aləti kimi çıxış edir

ABŞ-nin dəniz blokadasını aradan qaldırmasından sonra İranın beş gəmisi Hörmüz boğazından keçib

® “AzInTelecom” 73 mindən çox saxta IMEI kodu bloklayıb

Qanunsuz balıq ovu ilə bağlı 15 inzibati protokol tərtib edilib, 1 fakt üzrə cinayət işi açılıb

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur

Ameen Alsaadi: Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır

Dövlət Komitəsi sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə

“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur

Zahid Oruc: Yaradılacaq yeni qurum media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq

Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub

Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar

Mərkəzi Bank: Birinci rübdə cari əməliyyatlar balansında 1,7 milyard dollarlıq profisit qeydə alınıb

UNICEF təqribən 1,1 milyard uşağın birdən çox iqlim təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edir

I rübdə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 1,1 milyard dolları ötüb

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

Samer Elesavi: Halal iqtisadiyyatın inkişafı üçün vahid standartlar və əməkdaşlıq vacibdir

Dünya çempionatı: Fransa Seneqala qarşı

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib

AMB: Birinci rübdə Azərbaycan neftinin reallaşmış qiyməti 79 dollar olub

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb

Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir

“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib

“Qlobal sülh indeksi”: Dünya II Dünya müharibəsindən bəri ən təhlükəli dövrdədir

İİB rəsmisi: Qlobal halal sektorda istehlak xərclərinin 3 trilyon dolları ötəcəyi gözlənilir

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq

Azərbaycan Milli Kitabxanası CENL-in 40-cı illik iclasında ölkəmizi təmsil edir

Bu ilin I rübündə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb

Nizami rayonunda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

Daşkəsəndə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində 300-dən çox sakin müayinədən keçib

Orxan Məmmədov: Azərbaycan halal iqtisadiyyatın inkişafını mühüm iqtisadi imkan kimi qiymətləndirir

Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinə iqtisadi fayda gətirəcək

KOBİA sədri: Halal iqtisadiyyatın inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir

Azərbaycan nefti 86 dollara satılır VİDEO

Azərbaycan nefti 86 dollara satılır VİDEO

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb

® Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi dividend gətirəcək

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb VİDEO

Göyçayda güclü külək fəsadlara yol açıb VİDEO

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir