İQTİSADİYYAT
Orta Dəhliz boyunca tranzit yükdaşımalarının perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb
Astana, 5 sentyabr, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov strateji əhəmiyyətli Orta Dəhlizin mühüm nəqliyyat qovşaqlarından biri hesab olunan Kurık dəniz limanını ziyarət edib.
Bu barədə AZƏRTAC Azərbaycanın Qazaxıstandakı səfirliyinə istinadla xəbər verir.
“Limanın baş direktoru Serik Axmetov liman ərazisinin əməliyyat imkanları, habelə tranzit və yükaşırma potensialı barədə ətraflı məlumat verib. Görüş zamanı Orta Dəhliz boyunca tranzit yükdaşımaları sahəsində hazırda müşahidə olunan müsbət dinamikanın qorunub saxlanılması və daha da inkişaf etdirilməsi perspektivləri ətrafında faydalı fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana