İQTİSADİYYAT
Ortamüddətli Xərclər Çərçivəsi yeni sektorlara tətbiq olunacaq
Bakı, 22 fevral, AZƏRTAC
Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) yeni sektorlara tətbiqi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov “Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda seminarda deyib.
Nazir bildirib ki, cari ildən pilot sektorlarda nəticəəsaslı büdcəyə keçid prosesinin tamamlanması və proqram əsaslı büdcənin təkmilləşdirilərək tam tətbiqi, eyni zamanda, islahat prosesinə digər sektorların da cəlb olunması nəzərdə tutulur. Bununla əlaqədar cari ildən başlayaraq yeni cəlb olunacaq sektorlarda OMÇX-in tətbiqi və nəticəəsaslı büdcəyə keçid işlərinə başlanılması planlaşdırılır. Yeni sektorlar sosial təminat, mədəniyyət və incəsənət, turizm, gənclər və idman sahələrini əhatə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]