Orxan Paşanın şeirlər kitabı İranda nəşr edilib
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan elmi ictimaiyyətinin və saz-söz adamlarının görkəmli alim, aşıq sənətinin bilicisi kimi tanıdığı Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, həm də könüllər oxşayan şeirlər müəllifidir. Poeziya həvəskarları onu şair Orxan Paşa kimi tanıyırlar. Bu günlərdə M.Qasımlının - Orxan Paşanın “Taleyimdən və ürəyimdən keçənlər” adlı kitabı İranda nəşr olunub.
Azərbaycan Aşıqlar Birliyindən AZƏRTAC-a bildirilib ki, “Əxtar” nəşriyyatında işıq üzü görən kitabı nəşrə Məcid Teymurifər (Səfa) hazırlayıb.
Kitabda müəllifin uzun illər ərzində taleyindən və ürəyindən keçən düşüncələri əks etdirən kiçik qeydləri toplanıb. Burada həyati müşahidələrdən irəli gələn xəlqi ümumiləşdirmələr, fərdi poetik duyğular, ədəbi-estetik dəyərləndirmələr, sətiraltı eyhamlar və s. yer alıb.
Xatırladaq ki, müəllifin eyniadlı kitabı 2017-ci ildə Bakıda “Elm və təhsil” nəşriyyatında çap olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]