Osakada Olimpiya məşəli estafeti ümumi istifadə üçün yollardan kənarda keçirilir
Tokio, 13 aprel, AZƏRTAC
Yaponiyanın qərbində yerləşən Osaka prefekturası bu ərazidə aprelin 13-də başlayan Olimpiya məşəli estafetini koronovirusun yayılmasının qarşısını almaq məqsədilə ümumi istifadə üçün yollardan kənarda, qapalı parkda təşkil edib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, ilkin olaraq estafetin ümumi istifadə üçün yollarda keçirilməsi planlaşdırılsa da, pandemiyaya görə yerli hökumət bundan imtina edib. Əvəzində tədbirin ümumi uzunluğu 3 kilometr təşkil edən məşhur “Günəş qülləsi” ətrafında və Suyta siti-dəki “Expo-70” xatirə parkında keçirilməsi məqsədəuyğun hesab edilib.
Məşəlin ilk daşıyıcısı aktyor Kataoka Aynosuke olub. Bildirilir ki, Osakada iki gün davam edəcək məşəl estafetində təqribən 180 qaçışçı iştirak edəcək.
Yerli hökumət tədbirin keçiriləcəyi əraziyə əhalini buraxmayıb. Yalnız hər bir qaçışçıya dörd nəfər ailə üzvünü və ya digər yaxın şəxsləri tamaşaçı kimi tədbirə dəvət etməyə icazə verilib.
Eyni zamanda, estafetin başa çatması mərasimi də sadələşdirilmiş şəkildə, tamaşaçılar olmadan keçiriləcək və onlayn yayımlanacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək
- 16.06.2026 [10:37]
Dünya çempionatı: Fransa Seneqala qarşı
- 16.06.2026 [10:29]
“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib
- 16.06.2026 [07:25]
Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər
- 16.06.2026 [01:01]
Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib
- 15.06.2026 [23:52]
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [21:35]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [21:24]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [21:18]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:47]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:39]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [20:28]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [20:07]